Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi Avrozonada struktur zəifliklərin aradan qaldırılması üçün sürətli bir şəkildə hərəkətə keçməyin lazım olduğunu vəd edib və hal-hazırki monetar genişlənmə siyasətinin qorunacağını bildirib.
Avropa Mərkəzi Bankının gələn ay həyata keçirəcəyi 1,7 trilyon avroluq monetar genişləmə siyasətinə az zamanın qaldığı bir vaxtda Avrozonadakı 19 dövlətin siyasətçiləri iqtisadiyyatlarını daha güclü hala gətirmək üçün çalışırlar.
Draghi Avropa Parlamentində verdiyi açıqlamada istehsalı artırmağın və iş mühitini inkişaf etdirəcək siyasətin tətbiqinin önəmli olduğunu, maliyyə siyasətinin iqtisadi artımı təşviq etməli olduğunu qeyd edib.