Mərkəzi qərargahı ABŞ-da yerləşən şirkət maliyyə texnologiyası sahəsində fəaliyyət göstərir.
Kart buraxılışı və idarəetməsi ilə məşğul olan şirkət, beynəlxalq səviyyədə fəaliyyət göstərən Visa şirkətinin əməkdaşlığı ilə Avropa bazarında öz mövqeyini yaratmaq niyyətindədir.
Belə ki, London şəhərində ofis açan şirkət əsas müştəri bazasının rəqəmsal bankçılıq ilə məşğul olan qurumlar və səyahət agentliklərindən ibarət olacağına inanır.
Qeyd edək ki, Marqeta şirkətinə dəstək verən maliyyə qurumları arasında Goldman Sachs investisiya bankı da yer alır.