Mart ayında qlobal neft hasilatı azalıb

Mart ayında qlobal neft istehsalında azalma müşahidə edilib. Fevral ayı ilə müqayisədə sutkalıq qlobal neft hasilatı 755 min barel azalaraq 95 milyon 980 min barel olub. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, sutkalıq neft hasilatında OPEC- in payına düşən azalma 365 min barel təşkil edib. Belə ki, fevral ayı ilə müqayisədə OPEC –in neft hasilatı 31 milyon 680 min barelədək geriləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır