Masallı rayonunun yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq noyabrın 15-də Masallı rayonunun Xanalion  kəndinə  təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 289 abonenti kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  3 003  metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 15 671 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun Şıxlar və Qodman kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır