MasterCard “Cash Pick-Up”-ın yayılması üçün tərəfdaşlıq müqaviləsi imzalayıb

Cash Pick-Up xidməti MasterCard tərəfindən son vaxtlar bank hesabı və ya plastik kartı olmayan müştərilərə asan və sürətli şəkildə xidmət göstərə bilmək üçün yaradılıb.

Belə ki, bu layihə çərçivəsində razılaşmalar əsasında müəyyən edilmiş bankomatlar təkmilləşdirilib, onlara yeni özəllik əlavə edilib. Əlavə edilmiş özəllik müştərilərin plastik kart və ya bank hesabına ehtiyac duymadan sadəcə sifariş nömrəsi və PIN koddan istifadə etməklə onlara ünvanlandırılan ödəniş və köçürmələrin əldə edilməsinə şərait yaradır.

Məhsulun geniş auditoriyaya yayılması məqsədilə MasterCard, pul köçürmələri ilə məşğul olan Viamericas şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, Viamericas şirkətinin əməkdaşları həftəlik gəlirlərini onlara göndəriləcək unikal kod vasitəsilə razılaşmalı bankomatlardan əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, Viamericas Cross River bankının nəzdində fəaliyyət göstərən və ABŞ daxil olmaqla, dünyanın 30 ölkəsində əməliyyatlarını davam etdirən bir təşkilatdır.

MasterCard-ın 2019-cu ilədək razılaşmalı bankomatların sayını artıracağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır