Çin uzunmüddətdən sonra beynəlxalq ödəniş sistemlərinin ölkə bazarında yer almasına razılıq versə də, investorlar bu mövzuda çətinlik çəkirlər.
Belə ki, beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” Çin Mərkəzi Bankına ölkədaxili fəaliyyət üçün lisenziya almaq məqsədilə müraciət etsələr də, qurumdan hələ ki, bu barədə cavab gəlməyib.
Çin Mərkəzi Bankından bu barədə verilən açıqlamasına əsasən, “Visa” şirkətinin lisenziya müraciəti 2018-ci ilin aprel ayında qeydiyyata alınıb. “Mastercard”-ın isə iyun ayında müraciətini geri çəkdiyi bildirilib.
“Mastercard”-dan verilən açıqlamada, Çin bazarının şirkətin gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi və bu bazara daxil olma yönündə lazımi addımlar atılacağı bildirilib.
Qeyd edək ki, hələ ki Çin bazarına daxil ola bilən yeganə ödəniş sistemi “Amex” olub.