Yaxın zamanlarda simasını dəyişən, yenilənməyə başlayan MasterCard istifadəçiləri üçün bir sıra yeniliklər edib.
Bu dəyişikliklərin birincisi abunə sistemlərinə dəyişiklik etməkdir. Yeni qaydalara əsasən, MasterCard ilə qeydiyyat olunan sistem ödənişdən əvvəl istifadəçini xəbərdar etməlidir.Bundan əlavə şirkət aylıq xidmət haqlarını , aylıq yeniləmələrlə bağlı məlumatları və üzvlüyü ləğv etmək qaydalarını istifadəçiyə bildirməlidir.