“MasterCard”ın eksperti: “Online fırıldaqçılığa qarşı ən effektiv mübarizə üsulu birgə fəaliyyətdir”

“Online fırıldaqçılıq ildən-ilə daha geniş vüsət alacaq. Bunun qarşısını almaq üçün ən doğru yol bankların birgə fəaliyyətidir”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik Əlaqələri” 22 may 2017-ci il tarixində keçirilən seminarda “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı risklərin idarəedilməsi üzrə eksperti Cem Kibaroglu bildirib.

Onun sözlərinə əsasən kartların təhlükəsizliyi elə qurulmalıdır ki, həm müştəri tərəfindən rahat istifadə mümkün olsun, həm də təhlükəzsilik tam təmin edilmiş olsun.

Ekspert hazırda kartlı ödəmədə təhlükəsizlik baxımından ən öndə gedən proqramları vurğulayaraq, onlardan ən çox istifadə edən ölkələrin Avropa ölkələri , xüsusilə də Qərbi Avropa ölkələri olduğunu bildirib.

Cem Kibaroglu həmçinin online fırıldaqçılıq haqqında da məlumat verib. O bildirib ki, araşdırmalar 2020-ci ildə online fırıldaqçılığın genişlənəcəyini göstərir. Online fırıldaqçılığın həcminin  dünya üzrə 16 milyon dollara qədər genişlənəcəyini proqnozlaşdırır.

Ekspert “MasterCard Worldwide” tərəfindən yeni təhlükəsizlik proqramı-“ third party risk”-in hazırlandığını və tezliklə Azərbaycandakı banklara da bununla bağlı məlumat veriləcəyini bildirib.

Sonda isə fırıldaqçılığa qarşı ən doğru yolun birlikdə çalışmaq olduğunu deyən ekspert çıxışını sonlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır