May ayında istehsal edilən neft məhsullarının həcmi açıqlanıb

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin may ayında 9 min 996 ton dizel yanacağı, 1 min 783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1 min 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə isə 2017-ci ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır