MBNP banklara informasiya təhlükəsizliyinə dair təlim keçirib

14 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkədə fəaliyyət göstərən bankların informasiya təhlükəsizliyi, həmçinin internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemlərindən çıxış yollarına həsr olunmuş “Bankların sosial mühitə mümkün təsiri problemləri və banklarda informasiya texnologiyaları təhlükəsizliyinin gücləndirilməsi tədbirləri” mövzusunda təlim keçirilib.

Təlimdə 31 bankın təhlükəsizlik departamentinin rəhbərləri iştirak edib.

Tədbirdə bank tranzaksiyalarının təhlükəsizliyi, xaker hücumlarından qorunması, eləcə də  informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə barədə və problemlərin aradan qaldırılmasına dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar və digər nəzarət subyektləri arasında çevik məlumat mübadiləsinin qurulmasının müxtəlif üsulları təlim iştirakçıları ilə müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır