Palatada beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərə dair iclas keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun sədrliyi ilə  2018-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər və cari il üçün nəzərdə tutulan perspektiv məsələlərə dair geniş tərkibli iclas keçirilib.

İclasda beynəlxalq təşkilatlar və inkişaf agentlikləri, müvafiq xarici qurumlar ilə əməkdaşlıq çərçivəsində 2018-ci il ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlərlə bağlı ətraflı məlumat verilib, maliyyə sektorunda aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiq edilməsinin Palatanın fəaliyyətində əsas prioritetlərdən olduğu qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bildirilib ki, 2019-cu il ərzində 42 beynəlxalq təşkilatla 62 istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi və mövcud beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə effektivliyin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən ildə Palata 10-dan artıq beynəlxalq təşkilat və inkişaf agentliyi və 10-a yaxın müvafiq xarici qurum ilə səmərəli əməkdaşlıq həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır