Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə müzakirələr aparılıb.
Mersi Tembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini və bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.