MBNP tərəfindən ADNSU-da “Qiymətli kağızlar bazarı haqqında” maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qiymətli kağızlar bazarı haqqında” maarifləndirici seminar keçirilib.

Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına nəzarət idarəsinin , Bakı Fond Birjasının Biznesin inkişafı qrupunun və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində qiymətli kağızlar bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 40 tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır