MBNP və UNEC-in birgə təşkilatçılığı ilə Sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.

Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri tərəfindən keçirilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində sığorta haqqında ümumi məlumat, sğortanın mahiyyəti və əsas növləri, sığorta riskləri və anderraytinq haqqında məlumat, həyat və qeyri-həyat sığortası mövzuları müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 50-ə yaxın tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır