Mebel istehsalçıları təcrübələrini bölüşüblər

7 iyul 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və Türkiyə mebel istehsalçılarının görüşü təşkil olunub. “Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi” mövzusunda keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mebel istehsalı sahəsində fəaliyyət göstərən 50-yə yaxın müəssisənin və Türkiyədə 200-dək müəssisəni özündə birləşdirən İnegöl Mebel Sənayeçiləri Dərnəyinin nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sənaye istehsalının artırılması istiqamətində görülən işlər, bu sahənin inkişafı üçün həyata keçirilən dövlət dəstək tədbirləri barədə məlumat verib. Nazir müavini görüşün mebel istehsalçıları ilə son zamanlar təşkil edilmiş üçüncü tədbir olduğunu xatırladaraq, müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, kooperasiya əlaqələrinin gücləndiriləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, indiyədək sahibkarların 10-a yaxın assosiasiyası (tikinti materialları istehsalçıları, qablaşdırma sənayeçıləri assosiasiyaları və s.) yaradlıb. Mebel İstehsalçıları Assosiasiyasının yaradılması da məhz bu məqsədə xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır