2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2446,8 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.
Gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.