Mehmanxanaların gəlirləri 73 mln. manatı ötüb.
2018-ci ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,0% çoxdur.
BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir.
Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub ki, onun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Qeyd edək ki, Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,0 faiz təşkil edib.