“Meqa Sığorta”nın aktivləri artıb

Meqa Sığorta Açıq Səhmdar Cəmiyyəti 2016-cı il üzrə maliyyə hesabatını açıqlayıb.

Belə ki, ötən il şirkətin cəmi aktivləri 40 milyon 641 min 639 manat təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 12% çoxdur.

Meqa Sığorta ASC-nin cəmi kapitalı 17% artaraq 28 milyon 335 min 808 manat, öhdəlikləri isə 2% artaraq 12 milyon 305 min 831 manat olub.

Qeyd edək ki, hesabat dövründə şirkətin xalis mənfəəti 6 milyon 107 min 813 manat təşkil edib ki. Bu rəqəm 2015-ci ildə 9 milyon 820 min 556 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır