Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

7 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101067S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 20 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 830 864 700 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil edib.

Notların ödəmə tarixi 04.04.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır