Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

8 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100970S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 697 800, 00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil edib.

Notların ödəmə tarixi 05.09.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır