16 yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət qeydiyyat №-si | 50100373S |
Hərraca çıxarılan həcm | 200 000 000 AZN |
Notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 13.02.2019 |