“Merkuri BOKT” istiqrazlarının illik faiz dərəcəsi dəyişib

“Merkuri BOKT” MMC-nin emissiya prospektində dəyişiklik edilib. Belə ki,  BOKT-un təsisçilərinin ümumi yığıncağının 15 mart 2017 tarixli qərarına əsasən dövlət qeydiyyat nömrəsi AZ2001019754 olan, 500 AZN nominallı 3000 ədəd faizli təmin edilməmiş istiqrazlarının emissiya prospektinin 4-cü səhifəsinin 5-ci bəndində öz əksini tapan illik faiz dərəcəsi 19% olub.

Qeyd edək ki, əvvəl  “Merkuri BOKT” MMC-nin illik faiz dərəcəsi 15% idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır