13 may 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Met-Ak” MMC-nin AZ2003020271 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 3000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazların yerləşdirilməsi 17 may 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazın növü | Adlı, faizli, təmin edilməmiş |
Qiymətli kağızın ISIN kodu | AZ2003020271 |
Hərraca çıxarılan həcm | 3 000 000 AZN |
İstiqrazın nominal dəyəri | 1000АZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazın tədavül müddəti | 365 gün |
Faiz dərəcəsi | 10% |
Faiz ödənişləri müddəti | Hər 1 (bir) təqvim ayından bir |
Geri satınalma şərti | Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur |
Anderrayter | “Unicapital İŞ” ASC |