8 yanvar 2018-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib:
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Emitent | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın ilkin ticarət qiyməti | Bazar seqmenti |
1 | AZ2001020273 | faizli sənədsiz adlı təmin edilməmiş istiqraz | “MET-AK” MMC | 2 000 (ədəd) | 1 000 AZN | standart |
Nominal dəyəri 2 mln. AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 14%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.
Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.