25 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
BBN.az xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu | AZ2001020273 |
Emissiya həcmi | 2 000 000 AZN |
Nominal qiyməti | 1000 AZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazların tədavül müddəti | 1 il (365 gün) |
Faiz dərəcəsi (illik) | 14 % |
Faiz gəlirinin ödəniş müddəti | 3 aydan bir (90 gün) |
Anderrayter | AzFinance İŞ QSC |
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulub.
Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının “Emitentlər” bölməsində yerləşdirilib.
Qeyd edək ki, Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.