Bu sözləri 16 iyun 2017-ci il tarixində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Atlantik Şurasının baş tədqiqatçısı Metyu Brayzə “Cənubi Qafqaz Beynəlxalq Arenada: Region və Ətrafında Əməkdaşlıq və Rəqabət” konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın əvvəldən Xəzər regionunda marağı o qədər güclü olmayıb: “Düzdür, burada ABŞ şirkətləri var idi, amma bizim Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini dəstəkləməyimizin səbəbi regionda enerji axınının təmin edilməsidir.”
Bundan əlavə, o bildirib ki, Qafqaz regionundakı məsələlərin həll edilməsində ABŞ-ın mövqeyi hazırda zəifdir, çünki yeni administrasiyanın regionla bağlı konkret mövqeyi yoxdur.