Amerikan texnologiya nəhəngi “Microsoft Corporation”-un tarixində ilk dəfə bazar dəyəri 1 trilyon dolları (774 milyard funt-sterlinq) ötüb. Bu göstəricinin proqnozlaşdırılandan çox olmasının əsas səbəbləri kimi bulud texnologiyasının çox sürətli və geniş yayılması, həmçinin “Windows” əməliyyat sistemindən gələn gəlirlərin gözlənilmədən artması göstərilir.
“Microsoft”-un səhmləri 4.4% bahalaşaraq 130.54 dollar olub. Xalis gəlir 8.81 milyard dollara, səhmbaşına dividend isə 1.14 dollara qalxıb. “Microsoft” səhmləri ilin əvvəlindən bu yana 23% artıb.