“Microsoft” un səhm dəyəri 2.4% azalıb

“Microsoft” şirkətinin bu ilin yanvar-mart ayı üzrə gəlir və mənfəəti artıb. Belə ki, şirkətin 2017-ci ilin   I rübündə xalis mənfəəti 27.6% artaraq 4.8 milyard dollar olub. “Microsoft” ötən ilin müvafiq dövründə isə 3.76 milyard dollar mənfəət açıqlamışdı.

Sözügedən şirkətin ümumi gəlirləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.6% artaraq 22.09 milyard dollar təşkil edib.

Qeyd edək ki, Microsoftun mart-yanvar ayları üzrə  gəliri proqnozlaşdırılmış məbləğdən az olub. Bu səbəbdən şirkətin səhm dəyəri 2.4% azalaraq 66.60 dollara geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır