“MİDA” MMC ilə “Unibank” əməkdaşlığa başlayıb

Azərbaycan Respublikasının Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin yararlana biləcəyi güzəştlərdən biri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına veriləcək güzəştli ipoteka kreditidir.

Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə biləcək.

“MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Unibank” ASC olub.

Qeyd edək ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır