MİDA xətti ilə güzəştli ipotekanı 1 günə rəsmiləşdirmək mümkündür

“Bank BTB” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə satılan mənzillər üzrə güzəştli ipotekanı ən tez müddətə – 1 iş gününə rəsmiləşdirir.

İllik 4%-lə təklif olunan güzəştli ipoteka kreditinin “Bank BTB”də rəsmiləşdirilməsinin əsas üstünlüyü onun ən tez müddətə həyata keçirilməsidir. Belə ki, kredit üçün müraciət edən müştəri lazım olan sənədlər toplusunu banka təqdim etdiyi halda, rəsmiləşdirmə 1 iş gününə həyata keçirilir.

MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətlərinə Bankın “Sənaye” filialında baxılır. Filial güzəştli ipotekanın verilməsi üçün xüsusi iş rejimində müştərilərə xidmət göstərəcək. Filial əməkdaşları həftə içi hər gün səhər saat 9:00-dan axşam saat 20:00-dək, eləcə də şənbə günləri saat 10:00-dan 16:00-dək aktiv şəkildə kredit müraciətlərinə baxacaq.

“Sənaye” filialı Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir.

Qeyd edək ki, güzəştli mənzillərin satışı ilə əlaqədar MİDA ilə “Bank BTB” arasında əməkdaşlıq müqaviləsi 2017-ci il iyulun 31-də imzalanıb. Güzəştli ipoteka krediti, eləcə də Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır