Mikayıl Cabbarov vergilər naziri təyin edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Belə ki, bu vəzifəyə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Qeyd edək ki, Mikayıl Cabbarov Prezidentin sərəncamı ilə təhsil naziri vəzifəsindən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır