Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın “Milk-Pro” şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.
Bu barədə “Rosselxoznadzor”dan məlumat verilib.
Federal Xidmətdən bildiriblər ki, “Milk-Pro” şirkəti həqiqətən də attestasiyadan keçib və Gömrük İttifaqının ərazisinə tədarük üçün (süd və süd məhsulları) icazəsi var:
“Lakin bundan əvvəl məhsulların markalanması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bir sıra pozuntular var idi. Bununla əlaqədar olaraq, Azərbnaycanın Dövlət Baytarlıq Nəzarət Xidməti “Rosselxoznadzor”a zəmanət məktubu göndərib. Beləliklə, ötən gün müvafiq qərarın qəbulundan sonra “Milk-Pro”nun yükü Rusiya ərazisinə buraxılıb”.
Mənbə: marja.az