“Milli Depozit Mərkəzi” ilə “Belarus Mərkəzi Depozitarı” arasında müqavilə imzalanıb

Belarus Respublikasının Mərkəzi Depozitarının təşkilatçılığı ilə 7-8 sentyabr tarixlərində Belarusiyanın Minsk şəhərində Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının (AMDA) “Korporativ məlumat: toplanması və yayılması, Mərkəzi Depozitarın rolu, perspektivlər və məhdudiyyətlər” mövzusunda XIV Beynəlxalq Konfransı keçirilib.

Konfransda MDB ölkələrinin Mərkəzi Depozitarlarının, belnəlxalq depozitar təşkilatlarının, investisiya banklarının, SWIFT təşkilatının, reytinq şirkətlərinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

MDM-i Konfransda MDM-in Müşahidə Şurasının sədri B.Əzizov təmsil edib və “Korporativ məlumat ilə işin xüsusiyyətləri: problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edib.

Konfransın gedişatı zamanı MDM ilə Belarus Mərkəzi Depozitarı arasında müxbir münasibətlərin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin predmetinə qarşılıqlı müxbir hesabların açılması, hesablar üzrə qiymətli kağızlarla əməliyyatların həyata keçirilməsi, hesablardan çıxarışların təqdim edilməsi və digər qarşılıqlı əməliyyatlar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır