Milli Depozit Mərkəzində Euroclear təşkilatının nümayəndələri ilə görüş keçirilib

31 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) “Euroclear” təşkilatının nümayəndələri Yuliya Çernogorova və Migel Fereyra ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb. Təşkilatlar arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə MDM-in Euroclearda hesab açılmasına dair məsələlər ətraflı müzakirə edilib.

Qeyd edək ki, Euroclear, 1968-ci ildə təsis edilmiş, dünyanın ən iri beynəlxalq depozitar insitutlarından biridir və 90-dan artıq ölkədə yerləşən təşkialtlara xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır