“Minsk işgüzar görüşləri” adlı Beynəlxalq Forum keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin cari ilin 26-27 oktyabr tarixlərində Minsk şəhərində maliyyə-bank sahəsinə həsr olunan “Minsk işgüzar görüşləri” adlı Beynəlxalq Forumu keçiriləcək.

Sözügedən Forumda milli (mərkəzi) bankların və birjaların, maliyyə institutlarının, bank birləşmələrinin nümayəndələrinin, o cümlədən MDB iştirakçı dövlətlərinin innovasiya və investisiya şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır