Minskdə DİM üzrə milli kordinatorların Regional Forumu keçirilib

2018-ci ilin 21-22 fevral tarixlərində Minskdə Belarus Respublikası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf sahəsində milli səylərin dəstəklənməsi üçün əməkdaşlığın qurulması” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə milli kordinatorların Regional Forumu keçirilib.

Forumun əsas məqsədi “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin milli siyasətlər və təşəbbüslərə yönəldilməsi, DİM-lərə nail olmağın yolu kimi bütün maraqlı tərəflərin əməkdaşlığı, sosial, iqtisadi və ətraf mühitin dayanıqlılığı istiqamətində irəliləyişin sürətləndiriciləri qismində innovativ həllərin tapılması və DİM-lər üzrə milli əlaqələndiricilər arasında tərəfdaşlığın qurulmasının təşviq etdirilməsidir.

Tədbirdə BMT-nin Baş Katibinin müavini Amina Mohammed, Belarusun Dayanıqlı İnkişaf üzrə Koordinasiya Komissiyasının sədri Marianna Şyotkina, BMT Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqaerova, beynəlxalq təşkilatların və üzv ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır