Moody’s beynəlxalq reytinq agentliyi “Bureau van Dijk” adlı özəl kredit bürosunu 3 milyard avro qarşılığında satın alıb. Reytinq agentliyinin İdarə Heyətinin sədri Raymond Makdaniel açıqlamasında bildirib ki , sözügedən satınalma dəyişən və yenilənən bazar seqmentinə çatımlılığını təmin edəcək.
Qeyd edək ki, “Bureau van Dijk” şirkəti dünyanın fərqli nöqtələrindən ümumi 220 milyon özəl investisiya şirkətini maliyyə məzmunlu məlumatlarla təmin edir.