3-6 oktyabr 2017–ci il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində işgüzar mühit, sərmayə və ixracın təşviqinə həsr olunmuş 4-cü “Moldova Biznes Həftəsi 2017” tədbiri keçiriləcək.
Moldova Biznes Həftəsi 2017″ ikitərəfli görüşlər formatında təşkil olunan tədbirlər və müzakirələr, o cümlədən potensial tərəfdaşlarla birbaşa əlaqə, eləcə də investisiya sahəsində plan və son tendensiyalar üzrə bir sıra sessiyalar, sərmayəçilər üçün imkanlar, habelə Moldovada biznesin təşkili və inkişafı əməliyyatlarının araşdırılması üçün platformadır.
Qeyd edək ki, 4 gün ərzində “Moldova Biznes Həftəsi 2017” milli və beynəlxalq səviyyədə avtomobil, enerji, kənd təsərrüfatı məhsulları, təhsil, tikinti, emal, turizm, informasiya və kommunikasiya texnologiyayaları, ticarət, tekstil, geyim və ayaqqabı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü müəssisə və institutlardan olan iş adamları, sərmayəçilər, siyasi dairələr və sənaye liderlərini, eləcə də inkişaf tərəfdaşları və diplomatik korpus nümayəndələrini bir araya toplayacaq.