4 – 5 iyul 2017-ci il tarixində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.
Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsidir.
Səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görüş keçirilib və ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi, bu islahatların tərkib hissəsi kimi “ASAN xidmət”in təsis edilməsi barədə nazirə ətraflı məlumat verilib.
Qeyd edək ki, səfər çərçivəsində xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ilə də görüşüb.