Beynəlxalq reytinq agentliyi “Moody ‘s”, Türkiyənin kredit dərəcəsini bir pillə salaraq “Ba1” dən “Ba2” səviyyəsinə endirib. Notun görünüşünü isə “mənfi” dən “sabit”ə çevirib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununlada Türkiyə Azərbaycan, Braziliya, Xorvatiya, Gürcüstan və Kosta Rika ilə eyni qrupda qərarlaşıb.
Lakin analitiklər iqtisadi göstəricilərə əsaslanaraq qərarın “siyasi” səbəblərlə bağlı olduğunu bildirir.
Qeyd edək ki, “Moody’s”in not şkalasında “investisiya edilə bilməyən spekulyativ səviyyə” qrupundakı ölkələr “Ba1”, “Ba2” və “Ba3” kredit notlarıyla dərəcələndirilir. Moody’s kredit notlarında “B1”, “B2” və “B3” səviyyələri isə “yüksək spekulyativ səviyyə”ni göstərir.