“Moody’s”: Bu il Azərbaycan iqtisadiyyatı 1.4% geriləyəcək

Moody’s reytinq agentliyi Azərbaycan iqtisadiyyatı ilə bağlı hesabat yayıb. Hesabata əsasən, ölkə iqtisadiyyatı 2017-ci ilin ilk yarısında ilin əvvəlinə nisbətdə 1.4% geriləyib və Agentlik bu geriləmənin ilin sonuna qədər eyni qalacağını proqnozlaşdırır.

Moody’s Azərbaycanda “Ba2″səviyyəsində olan kredit reytinqi və reytinqlər üzrə proqnozunun “stabil” olmasını  ölkənin iqtisadiyyatının hazırki vəziyyəti, dövlət maliyyələşməsi və bank sisteminin neft qiymətlərinin volatilliyinə olan həssaslığı ilə əlaqələndirir.

Həmçinin bildirilir ki, əgər neft qiymətləri 45-55 dollar səviyyəsində qalarsa, ölkənin büdcə kəsrinin ümumi daxili məhsula nisbəti bu il 2,9 faiz, gələn il isə 1,8 faiz təşkil edəcək.

Hesabatda ölkənin bank sektorunun kapitala və likvidliyə daha çox diqqət edilməli olduğu da qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır