“Moody’s” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqi üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib.
“Moody’s” buna səbəb kimi Qətərin Fars körfəzində yerləşən Ərəb ölkələri əməkdaşlıq Şurasına daxil olan müttəfiqləri ilə yaranan münaqişə nəticəsində iqtisadi və maliyyə risklərinin artması amili göstərilib. Bu ölkələr Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.
Qeyd edək ki, Qətərlə bağlı qeyri-müəyyənliyin 2018-ci ilə qədər uzanması ehtimalının xeyli yeksək olduğu bildirilib . Yaxın aylarda bu münaqişənin həll olunması mümkün görünmür.