“Azərbaycan Maliyyə Təşkilatları üçün Moskva Birjasının İmkanları” adlı seminar keçirilib

05 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun nümayəndələri və ABA-ya üzv təşkilatların nümayəndələri üçün “Azərbaycan Maliyyə Təşkilatları üçün Moskva Birjasının İmkanları” adlı seminar keçirilib.

Seminarda “Moskva Birjası”nın valyuta və fond bazarlarının imkanları, kiliriq və hesablaşmaların xüsusiyyətləri, həmçinin təhlükəsizlik və brokerlərin müştərilər qarşısında hesabatlığına dair məqamlar müzakirə edilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov açıb. Daha sonra Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov çıxış edib.

Seminar “GrottBjorn Financial Studio”nun direktoru Viktor Lebedevin təqdimatı ilə davam edib. O, “Azərbaycan maliyyə təşkilatları üçün Moskva Birjasında bazar imkanları” mövuzusundakı təqdimatını iştirakçılara təqdim edib. V.Lebedev daha sonra “Moskva Fond Birjasında ticarətə girişin təşkili Azərbaycan maliyyə bazarlarının broker vasitəsilə maliyyələşdirilməsi” mövzulu təqdimatla çıxış edib.

Təqdimatlarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

Təqdimat 1

Təqdimat 2

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır