“Muğanbank” ASC-nin İdarə Heyətində yeni təyinatlar baş tutub.
İdarə Heyətinin Sədrinə müavinlər təyin olunub. Nəticədə müavinlərin sayı 4-ə çatıb.
Vüsal Göyüşov və Rüstəm Vəliyev İdarə Heyətinin Sədrinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Vüsal Göyüşov Bankda Risklərin İdarəedilməsi Departamentinin direktoru, Rüstəm Vəliyev isə Sənədli Əməliyyatlar və Qiymətli Kağızlar Departamentinin direktoru olublar.