“Muğanbank Çek” üzrə 11-ci tiraj keçiriləcək

“Muğanbank” ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində “Muğanbank Çek” üzrə 11-ci tiraj keçiriləcək.Tiraj iyul ayının 31-də, saat 10:00-da baş tutacaq.

“Muğanbank Çek”-lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd “Muğanbank Çek” dövriyyəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır