“Muğanbank” nizamnamə kapitalını artırıb

“MuğanBank” ASC nizamnamə kapitalını artırıb. Bankın hər birinin nominal dəyəri 200 manat olan 10 min ədəd səhmi yerləşdirilib. Emissiyanın yekunları 02 Noyabr 2016-cı ildə təsdiq edilib.

Yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 55 milyon manatdan 57 milyon manata qalxıb.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır