Muğanbankın daxili strukturunda dəyişiklik baş verib. Bankdan BBN.az-a verilən məlumata əsasən, bankda “İstehlakçılarının Müraciətlərinin Hüquqi Tənzimlənməsi Departamenti” yaradılıb. Adı çəkilən departamentə Orxan Ağamoğlanov direktor təyin edilib.
Qeyd edək ki, Orxan Ağamoğlanov əvvəlcədən bankın hüquq departamentində fəaliyyət göstərib.