ABTM- in mühasibat işi sertifikasiya proqramına qeydiyyat başlayıb

ABTM-in mühasibat işi sertifikasiya proqramına qeydiyyat başlayıb. BBN.az olaraq proqramın qısa məzmunu təqdim edirik.

Müddəti 60 saat
Kimlər üçün nəzərdə tutulub ♦ Mühasibat işini peşəkar səviyyədə öyrənmək istəyən bütün şəxslər
Sertifikatlaşma qaydaları Təlim mövzuları üzrə keçirilən 3 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “müvəffəqiyyət”, bundan aşağı nəticə göstərənlərə isə “iştirak” sertifikatı təqdim olunur.

 

Proqramın qısa məzmunu

Modul 1. Mühasibat uçotunun əsasları

► Mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanunu və Azərbaycanda tətbiq edilən standartlar 

► İstifadəçilər və onların məlumatlara tələbatları

► Maliyyə vəziyyəti, maliyyə nəticələri və maliyyə vəziyyətində dəyişikliklər

► Maliyyə hesabatlarına qeydlər və əlavələr

► Əsas fərziyyələr

► Maliyyə hesabatlarının keyfiyyət xarakteristikaları

► Maliyyə hesabatlarının elementləri

► Maliyyə hesabatlarının elementləri tanınması

► Maliyyə hesabatlarının elementləri qiymətləndirilməsi

► Maliyyə hesabatların növləri

► Maliyyə vəziyyəti və balans tənliyi

► Ilkin sənədlər

► Maliyyə uçotunun dövrü, işçi cədvəllər və nizamlayıcı qeydlərin aparılması

► Hesablama metodu ilə uçot

► Xalis mənfəət

Modul 2. Mühasibat uçotu

► Mühasibat uçotunun proqram təminatı (1C 8.2 mühasibatlıq proqramı)

► Alınacaq məbləğlər:

► Debitor borclarının tanınması və qiymətləndirilməsi

► Ümidsiz borcların tanınması

► Kreditlə xalis satışlara faiz nisbəti metodu

► Debitor borclarının müddətinə görə metodu

► Mal material ehtiyatları: Ehtiyatların tərifi və təsnifləşdirilməsi

► Ehtiyatların qiymətləndirilməsi metodları

    ■ Faktiki dəyər metodu

    ■ Xalis satışların dəyəri metodu

► Ehtiyatların uçot sistemi

► Ehtiyatların təhlili

► Maliyyə hesabatlarında açıqlanması

► Torpaq, tikli və avadanlıqlar

► Qeyri – maddi aktivlə və Qudvilr

► Səhvlərin düzəldilməsi:

► Səhvlərin növləri

► Səhvlərin düzəldilməsi metodları

► Alınan kreditlərin uçotu

► İşçi heyətlə hesablaşmaların uçotu

Modul 3. Vergi uçotu

► Azərbaycan Respublikasının Vergi Məcəlləsi

► Vergilərin növləri, vergi dövrü, vergilərin hesablanma qaydaları və vergi hesabatlarının verilmə müddətləri, Vergi orqanları ilə hesablaşmalar

► Sosial sığorta haqqlarının hesablanması və ödənilməsi, DSMF ilə hesablaşmalar

► Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların mühasibat uçotunda əks etdirilməsi

► Vergi hesabatlarının BTP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib olunması və göndərilməsi

► Vergi Hesab Fakturaların EFP proqram təminatı ilə ofline rejimdə və internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi

► DSMF hesabatlarının (B1 və B3 hesabatlarının) internet üzərindən birbaşa online rejimdə tərtib edilməsi və göndərilməsi

Modul 4. Maliyyə hesabatları

► Maliyyə hesabatlarının hazırlanması

► 1C 8.2 mühasibatlıq proqramında keçdiyi mövzular üzrə simulyasiya

Dərslər 30 oktyabr 2018-ci il tarixində başlayacaq.

Ünvan:
World Business Centre (10-cu mərtəbə)
Səməd Vurğun küç., 43
AZ-1014, Bakı şəh., Azərbaycan Respublikası
Əlaqə Telefonları:
(+99412) 497 07 10; 497 07 11; 497 07 12
(+99450) 225 38 88
Faks:    
(+99412) 597 30 54
E-mail: 
İnternet:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır