Strategiyanı bildiyimiz kimi, sadəlikdir. Bundan əlavə, strategiya sadə modelləşdirmə, 2-nin 2-ə matrislər- SWOT, BCG matrisləri, böyümə matrisləri və s. ilə doludur .
Mürəkkəb dünyada strategiya necə olmalıdır?
Mürəkkəblik nəzərə alınması lazım olan amillər sayını, onların müxtəlifliyini və onların arasındakı əlaqələrini göstərir. Amillərin sayı, müxtəlifliyi çox olduqda və daha çox bir-biri ilə bağlı olduqda daha mürəkkəb bir mühit yaranır. Yüksək mürəkkəb mühitdə ətraf mühitin tam təhlili və rasional nəticələr əldə etmək mümkün deyildir.Beləliklə, dünya daha mürəkkəb olduqca, onu təhlil etmək daha çətinləşir.
Eisenhardt və Sull, Harvard Business Review-da “Strategiya-sadə qaydalar” adlı yazdığı məqalədə belə deyir: “Biznes mühiti sadə olduqda şirkətlər mürəkkəb strategiyaya malik ola bilərdi. Amma indi biznes mühiti çox mürəkkəbdir, onlar strategiyanı sadələşdirməlidirlər”.
Bu gözəl və intuitiv səslənir. Və eşitmək istədiyimiz bir şeydir. Strategiyaya yönəltmək üçün ümumi mürəkkəb bir plan deyil, sadə qaydaları istifadə etmək pis bir fikir deyil. Bəli, hər şey mümkün qədər sadə olmalıdır. Amma bundan daha sadə deyil. Strategiyanız getdikcə daha mürəkkəb bir dünyada necə sadə ola bilər?
“Müştəri yaxınlığı”, “əməliyyat mükəmməlliyi” və ya “məhsul üstünlüyü” strategiyasını qəbul edə bilərsiniz. Amma reallıqda yalnız müştəri yönümlü və rəqiblərinizdən fərqli bir şəkildə həyata keçirmək barədə barədə düşünəndə başlayayır. Beləliklə, sizin real strategiyanız detallardadır.
Strateji bir yanaşma üçün, bu kiçik hissələri və detalları ümumi şəkil ilə birləşdirə bilmək lazımdır. Yəni məcazi mənada desək effektiv bir strategiya yanaşması həm meşəyə, həm də ağaclara diqqət yetirir.
Strategiyanı daha da mürəkkəbləşdirmək ? Detallara diqqət yetirmək? Xeyr bu strategiyanı asanlaşdırmır.Lakin bu strategiyanı daha reallığa uyğun və asan icra olunan edir.
Nəticədə, biz bütün detalları və onların bir bütövə necə təsir etdiyini bilsək gözləntilər daha aydın olar.
Detalların uyğun bir bütövlük yaratdığına əmin olmaq üçün effektiv bir yol, strategiyanın hazırlandığı müxtəlif elementlər arasında səbəb-nəticə əlaqələrinə baxmaqdır. Belə səbəb-nəticə əlaqələri başa düşdükdə strategiyanın müxtəlif hissələrlə necə bağlı olduğunu görürük.
Bu asan deyil. Amma mümkündür. Xüsusilə, strategiya bugünkü İT və data analitiklər sayəsində artıq hər şeyi anlamaq üçün fərdi qabiliyyətimizlə məhdudlaşmır. Təşkilatınızdakı insanların zəkasını və texnologiyanı istifadə edərək, strategiyada daha çox mürəkkəbliyi idarə edə bilərsiniz.