Azərbaycanın quruda yerləşən “Muradxanlı” neft yatağında M-66 saylı quyuda hasilat bərpa edilib.
Belə ki, M-66 quyusu azotdan istifadə olunmaqla koltyubinq qurğusu ilə 3 011 metr dərinliyə qədər təmizlənib. Bu prosedurla hasilat bərpa edilib və gündəlik 15 barel hasilata nail olunub. Quyuya müdaxilə zamanı yığılıb qalmış 150 barel neft də bərpa edilib.
Qeyd edək ki, M-66 saylı quyu 1978-cı ildə qazılmış, ilkin olaraq gündəlik 14 barel neft hasilatı hesablanmışdı. Daha sonra gündəlik hasilat 284 barelə qədər artmış, 1999-cu ildə isə bu quyu bağlanmışdı.
Həmçinin, bundan sonra “Zərdab” yatağında əsaslı təmir işləri aparılacaq.